• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azərbaycan klubları Çempionlar Liqasına buraxılmayacaq

Azərbaycan klubları Çempionlar Liqasına buraxılmayacaq
15.12.2017 11:26
Avropa Həndbol Federasiyası (EHF) qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb.

Anews.az Apasport-a istinadla xəbər verir ki, 2018/2019 mövsümü üçün müəyyənləşən siyahı Azərbaycan üçün biabırçı göstərici ilə diqqət çəkib.

Kişi komandalarımız 10 ildi avrokuboka qatılmadığından reytinqdə sonuncudu. Belə ki, siyahıda Azərbaycan aktivində xalı olmayan 48 ölkədən xalı olmayan 10-u arasında yer alıb. Ölkəmiz Albaniya, Andorra, Ermənistan, Farer adaları, İrlandiya, Latviya, Lixtenşteyn, Malta və Monteneqro ilə birgə 39-48-ci pillələrə şərikdi. Reytinqə əsasən, yeni ildə Çempionlar Liqasında və EHF kubokunda təmsilçimiz mübarizə apara bilməz. Azərbaycan çempionatında cəmi 4 klubumuzun mübarizə apardığı halda, EHF bu sayda komandamızın "Çelenc Cup” qatılmasına icazə verib.

Qadın klublarımızın da uğursuzluğu siyahıda özünü göstərib. Bu reytinqdə Azərbaycan 30-cudu. Ötən illə müqayisədə yeri dəyişməyən ölkəmizin aktivində cəmi 3,63 xalı var. Bu isə 2018/2019 mövsümündə bizə EHF kubokunda 1, "Çelenc Cup”da 3 klubla iştiraka icazə verir.

Müqayisə üçün bildirək ki, kişilərin reytinqində birinci olan Almaniya 128,50, qadınlarda Macarıstan 114,13 xala malikdi.

Qeyd edək ki, reytinq son 3 mövsümün nəticəsinə əsasən tərtib edilir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol