• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ermənilərin öldürdüyü ilk jurnalistimiz...

Ermənilərin öldürdüyü ilk jurnalistimiz...
16.12.2017 16:46
1961-ci ilin soyuq dekabr ayının bu günkü günü yəni 16-sı tarixdə Bakı şəhərində kasıb bir ailədə qız uşağı dünyaya göz açır. Bu kiçik qızcığazın böyüyüb hansısa qəhrəmanlığa imza atacağı hələ kiçik yaşlarından hamıya bəlli idi.
 
Zaman keçdikcə böyüyən balaca Salatın vətənsevərliyi ilə yaşıdlarından seçilirdi. Məktəbdə keçirilən tədbirlərdə xüsusi fəallıqla seçilən Salatın Əsgərovanın içində olan vətənpərvərlik sevgisi onu 1991-ci ildə Qəhrəmanlıq zirvəsinə yüksəltdi. Erməni vandalizmin törətdiyi vəhşilikləri dünya içtimaiyyətinə çatdırmaq məqsədi ilə dəfələrlə münaqişə zonalarında olan Qəhrəman Jurnalist Salatın Əsgərova 9-yanvar 1991-ci ildə növbəti reportaj hazırlamaq üçün Laçın rayonuna səfər etdi. Bu isə Qəhrəman Jurnalistimizin son səfəri oldu. Düşmən gülləsinin hədəfinə çevrilən xanım həmkarımız öz qəhrəmanlıq səlnaməsi ilə əbədiyaşar ömür qazandı. Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 

Bu gün dəyərli həmkarımızın doğum günüdür. Vetenperverler.az saytı qəhrəman jurnalistimizi onun məzrı başında anıb. 
 

 
Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib.
 
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
 
Qeyd edək ki, tanınmış telejurnalist Ceyhun Əsgərov Milli Qəhrəmanın oğludur.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol