“İdmançılarımız 851 medal qazanıb” – İlham Əliyev
"Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindiriblər”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.
Onun sözlərinə görə, Ölkədə idman sürətlə inkişaf edib, Azərbaycan idmançıları beynəlxlaq yarışlarda 851 medal qazanıb ki, onlardan 347-si qızıl olub: "Ötən illə müqayisədə medallar çox olub. Bu idmanın inkişafının dinamik xarakter aldığını göstərir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər