• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ermənistan azərbaycanlılar üçün yol çəkir

Ermənistan azərbaycanlılar üçün yol çəkir
18.12.2017 21:54
Ermənistan prezidenti Serj Sarkisyan ilin sonuna kimi Gürcüstana iki günlük səfərə gedəcək.

İstiPress-in məlumatına görə, iki ölkə arasında münasibətlər gərgin olsa da Sarkisyanın səfəri sadəcə iqtisadi məsələlərlə bağlı olacaq.

Halbuki, iki ölkə arasında ciddi siyasi gərginlik var və hətta Gürcüstan baş naziri Georgi Kvirikaşvili dekabrın 1-ə nəzərdə tutduğu İrəvan səfərini təxirə saldı. Ermənistan isə mütəmadi olaraq Axalkalaki ermənilərini etiraza qaldıraraq Gürcüstan üçün problemlər yaratmağa çalışır.

Amma "Vestnik Kavkaza" portalının  yazdığına görə, böyük ehtimalla Ermənistan onu Rusiya ilə birləşdirən "dayanıqlə quru yolu" problemini həll etməyə çalışır. Hazırda Rusiyadan Ermənistana və əksinə gedən yüklər Qara dənizdəki Poti və Novorossiysk  limanları arasında hərəkət edən bərə vasitəsi ilə nəql edilir. Bu mürəkkəb və bahalı variantdır. Yay vaxtı erməni yüklərinin hərəkət etdiyi Kazbeqi-Vladikavkaz yolunda qış vaxtı hərəkət çox vaxt dayandırılır. Çünki qar üçqunu və sellər bu yolla hərəkəti təhlükəli edir.

Sarkisyan Tiflisə səfər edərək  "dayanıqlə quru yolu" problemini yenidən gündəmə gətirmək istəyir. Bu məsələnin üç həll variantı var: birincisi, Abxaziya vasitəsi ilə dəmir yol magistralının bərpasıdır, ikincisi Kaxetiya və Dağıstan arasında yeni daha rahat yolun çəkilməsidir. Üçüncü variantda isə Cənubi Osetiyadan keçən Qori - Sxinvali - Vladikavkaz yolunun çəkilməsidir.

Qeyd edək ki, ermənilər yeni açılacaq yollardan təkcə Ermənistanın deyil, Türkiyə, İran və Azərbaycanın da istifadə edəcəyini vurğulayaraq, Gürcüstanı həvəsləndirməyə çalışırlar. Belə çıxır ki, Ermənistan müharibə vəziyyətində olduğu Azərbaycanın iqtisadi çiçəklənməsi üçün yol çəkir? 

Məsələnin məğzinə baxanda isə tamamilə fərqli mənzərə alınır. Abxaziya dəmir yolunun bərpası və ya Cənubi Osetiyadan yolun çəkilməsi Gürcüstanın bu bölgələrin işğal faktını qəbul etməsi deməkdir. Bu. Dağlıq Qarabağ münaqişəsi baxımından Cənubi Qafqaz üzrə çox pis presedent ola bilər.  Həm də 2008-ci ildə baş vermiş müharibədə Rusiya hərbi gücləri Gürcüstana məhz bu yolla daxil olub, Qoriyə qədər əraziləri işğal etmişdilər. Buna görə, Sarkisyanın gürcüləri dilə tutmağa getməsinin arxasında Rusiyanın dayandığını da ehtimal etməyə dəyər. Moskva Gümrüdəki hərbi bazasına yükləri rahat daşımaq üçün də bu yoldan istifadə etməyə çalışır.      

Abxaziya dəmir yolunun açılması həm də Ermənistanın blokadadan çıxması  deməkdir ki, bu da Azərbaycanın mövqeləri üçün ciddi zərbə ola bilər. Amma bundan qorxmağa dəyməz, Gürcüstan nə Abxaziyadan, nə də Cənubi Osetiyadan keçən yol variantına razılıq verməz. 

Qalır, rusların Hərbi Dağıstan yolu adlandırdığı Kaxetiya - Dağıstan yolu. Bu yolun inşasına isə Gürcüstan razılıq vermək niyyətində deyil. Gürcü mətbuatının yazdığına görə, Rusiyanın artıq Gürcüstan sərhəddinə qədər çəkdiyi bu yol hərbi məqsəd daşıyır.  Rusiya həmin yolla hərəkət edərək Dağıstandan Ermənistana qədər olan və gürcülərin yaşamadığı, əsasən azərbaycanlılar, avarlar, çeçenlər və ermənilərin yaşadığı əraziləri işğal etmək niyyətindədir.
 
Həmin regionun əhalisinə gizli şəkildə Rusiya pasportları da paylanıb. Rusiya həmin əraziyə məhz öz vətəndaşlarını xilas etmək adı ilə girmək istəyir. Bu, Azərbaycanı da blokadya salaraq, KTMT və Avrasiya İttifaqı kimi qurumlara rahatlıqla salmaq məqsədi daşıyır. Yəni bu planlardan xəbərdar olan Gürcüstan bu addımı heç zaman atmaz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 14:25
Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol