• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Fərid Əsgərova vəzifə verildi

Fərid Əsgərova vəzifə verildi
19.12.2017 21:49
Bu gün Bakıda Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti seçkiləri keçirilib.


Trend-in verdiyi xəbərə görə, səsvermə nəticəsində bu vəzifəyə Fərid Əsgərov seçilib. F.Əsgərovu federasiyanın kollektivinə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.


Nazir müavini qeyd edib ki, Milli Karate Federasiyası hər zaman ona göstərilən etimadı doğruldub. Karatenin olimpiya idman növü elan olunduğunu vurğulayan İ.İsmayılov bildirib ki, idmançılar medalların əldə olunması üçün daha çox çalışmalıdırlar.


O, ümidvar olduğunu bildirib ki, F.Əsgərovun birinci vitse-prezident seçilməsi Milli Karate Federasiyasının xeyrinə olacaq və azərbaycanlı idmançılar daha böyük uğurlara imza atacaqlar.


Federasiyanın birinci vitse-prezidenti seçilmiş F.Əsgərov, öz növbəsində, ona göstərilən etimada görə minnətdarlığını bildirib və kollektivlə uğurla əməkdaşlığa ümid etdiyini vurğulayıb.


Daha sonra federasiyanın prezidenti Yaşar Bəşirov qeyd edib ki, kollektiv Tokioda keçiriləcək Olimpiya Oyunlaırnda uğurla çıxış etmək üçün əlindən gələni etməlidir.


Y.Bəşirov dövlət tərəfindən, xüsusilə də Gənclər və İdman Nazirliyi tərəfindən Milli Karate Federasiyasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib və əmin olduğunu bildirib, idmançılar gələcək yarışlarda layiqli nəticələr göstərəcəklər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol