• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Gimnastlarımız beynəlxalq turnirdən 3 medal qazandı

Gimnastlarımız beynəlxalq turnirdən 3 medal qazandı
22.12.2017 21:20
Bu gün Rusiyanın paytaxtı Moskvada yekunlaşan kişi və qadın idman gimnastikası üzrə Mixail Voronin adına Kubokda təmsilçilərimiz 3 medal əldə ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, qadın idman gimnastlarımızdan Marina Nekrasova və Yuliya İnşına ilk olaraq, komanda hesabında fərqlənib. Qızlarımız yalnız Rusiya və Özbəkistan komandasından geri qalaraq 95.950 xalla turnirin bürünc medalına sahibləniblər.

Ayrı-ayrı alətlər üzrə finallarda isə Marina şəxsi hesabına da medal yazdırmağı bacarıb. Sevimli proqramı olan sərbəst hərəkətlərdə çıxışı gimnastımıza gümüş medal (12.266 xal) qazandırıb. Növbəti uğurlu çıxışını Marina gimnastika tirində nümayiş etdirib. Bu alətdə icrasına görə hakimlərdən 12.433 xal alan idmançımız ikinci bürünc medalını qazanıb.

Heyətimizin gənc təmsilçisi Samirə Qəhrəmanova isə öz yaşıdları arasında çöxnövçülükdə 23-cü yerdə qərarlaşıb.

Kişi gimnastlar arasında isə ölkəmizi Cavidan Babayev, Timur Bayramov və Səməd Məmmədli təmsil ediblər. Ən yaxşı nəticəni Cavidan sərbəst hərəkətlərdə, Səməd isə turnikdə göstərib. Hər iki idmançımız final çıxışlarını 8-ci yerdə bitiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol