• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Kamran Ağayevin yeni klubu məlum oldu

Kamran Ağayevin yeni klubu məlum oldu
25.12.2017 21:20
Qış fasiləsinin fəal komandalarından olan "Keşlə" daha bir keçidi reallaşdırıb.

Anews.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayev gözlənildiyi kimi, paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

Baş məşqçi postuna Yuri Maksimovu gətirən və ardından "Neftçi"dən Məqsəd İsayevi transfer edən "Keşlə"nin Çexiya klubu "Mlada"dan ayrılan Ağayevlə anlaşması cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Bu isə o deməkdi ki, 31 yaşlı qolkiper 2015-ci ilin yanvarından bəri bir klubda 6 ay oynamaq ənənəsini davam etdirib. İki il əvvəl "Qəbələ"dən "Kayserispor"a keçən Kamran həmin vaxtdan bəri, demək olar ki, hər transfer dönəmində klubunu dəyişib. Ağayev son 3 il ərzində 6-cı dəfə yeni komanda ilə müqavilə imzalayıb. Qapıçı buna qədər müvafiq olaraq "Kayserispor", "Karşıyaka", "İnter" (hazırkı "Keşlə"), "Boavişta" və "Mlada"da qısamüddətli macəra yaşayıb.

Ağayevlə yanaşı, Çexiya klubu "Fastav"dan ayrılan argentinalı yarımmüdafiəçi Pablo Podionun da karyerasını "Keşlə"də davam etdirəcəyi dəqiqləşib. Cari mövsümün əvvəlində "Podbrejova"dan "Fastav"a keçən 28 yaşlı orta sahə oyunçusu yanvarın əvvəllərində bakılıların hazırlığına qoşulacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol