• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

"AtaBank" uşaq evinin sakinlərinə futbol həyəcanı yaşatdı - FOTO

26.12.2017 10:50

 
"AtaBank" ASC daha bir uğurlu layihəsini təqdim edib. Daim müştərilərinə sürprizlər etməklə maliyyə sektorunun liderlərindən olan bankımız bu dəfə sosial yönümlü layihə həyata keçirib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə baş tutan tədbir "SOS uşaq kəndləri” təşkilatının sakinlərinə böyük sevinc bəxş edib.
 
Belə ki, "AtaBank" maliyyə sektoru ilə yanaşı, bütün sahələrə diqqət ayırmaqla daim seçilir. Ölkəmizdə idmana göstərilən dövlət qayğısı əməkdaşlarımızın da asudə vaxtlarını səmərəli keçirməklərinə səbəb olub. Belə ki, Bankımız Bakı Futbol Liqasında maliyyə sektorunu layiqincə təmsil edir. Dekabrın 24-də, Azərbaycan Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf edən matçımızda isə "AtaBank" daha bir layihə həyata keçirib. Bankımızın nümayəndələri oyun öncəsi "SOS uşaq kəndləri” təşkilatını ziyarət edib bir neçə yeniyetməni "Kristal R&R"la olan görüşə də dəvət edib. Həmin uşaqlar komandamız və rəqiblə birgə "Uşaqlar bizim gələcəyimizdir" şüarı ilə meydana daxil olublar, oyuna da baxıb, xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Bu dəstək oyunu izləyən azarkeşlər tərəfindən də böyük rəğbət və alqışlarla qarşılanıb.
 
"AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib ki, bu sosial yönümlü layihə gələcəyimizin - uşaqlarımızın ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan  sadəcə biridir: "Bizim layihələr həmişə sabahımıza yönəlikdir. Çünki müştərilərimizə xidmət etməklə yanaşı, hər bir Azərbaycan vətəndaşına sevinc bəxş etmək və dəstək olmaq Bankımızın əsas vəzifələrindən biridir. Bu dəfə də uşaq evini ziyarət edib, uşaqların bir neçəsini oyunumuza gətirdik. Yeniyetmələr futbolçularla birgə meydana çıxdılar. İnanırıq ki, bu dəstək bir gününü bizlə keçirən oğlan və qızlarda futbola və idmana xüsusi həvəs yaradacaq. Biz uşaqlarla söhbətdə də bunu hiss etdik. Hətta onlara formalar, xüsusi hədiyyələr verdik ki, bu günü daim xatırlasınlar. Bu həm də həmin uşaq evində olanlara "AtaBank" adından bir dəstək idi. Dəstək layihələrimiz bundan sonra da davam edəcək". 
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol