• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Arsenal” Aleksis Sançesə əvəz tapdı

“Arsenal” Aleksis Sançesə əvəz tapdı
15.01.2018 23:10
"Skay Sport”un tanınmış ispaniyalı jurnalisti Jilyem Balaqe "Arsenal”ın Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanqı transfer etməyə yaxın olduğunu yazıb.

Anews.az xəbər verir ki, kataloniyalı jurnalist bunları qeyd edib:

"Yaxın müddətdə "Arsenal” bir neçə transfer gerçəkləşdirəcək. Onlardan biri heyətdən çıxarılan Obameyanq olacaq. Londonlular bu transferə görə 60 milyon avro ödəməyə razıdırlar. "Borusia” da, çox güman ki, bu təklifə razılıq verəcək. "Kanonirlər”in fikrincə, Obameyanq klubdan ayrılması gözlənilən çilili Aleksis Sançesə layiqli əvəz olacaq və fransalı hücumçu Aleksandr Lakazetlə güclü tandem təşkil edəcək”.

Qeyd edək ki, Dortmund "Borusia”sı şənbə günü komandanın iclasına qatılmadığı üçün Pyer-Emerik Obameyanqı heyətdən çıxardığını bəyan edib və bazar günü "Volfsburq”la qolsuz başa çatmış oyunda ona şans verməyib. Bu ay Çin klubundan gələn təklifi geri çevirmiş Obameyanqın komandasını dəyişməsi istisna olunmur.

Aleksis Sançes isə "Arsenal”a "Mançester Siti”dən daha çox pul – 30 milyon avro təklif edən "Mançester Yunayted”ə keçməyə yaxındır. Joze Mourinyu Sançesə həftəlik 400 min funt maaş nəzərdə tutan müqavilə təklif edib ki, bu da Premyer Liqada rekord məbləğdir. Arsen Venqer "Bornmut"la matçda heyətə salmadığı çilinin məsələsinin 48 saat ərzində bilinəcəyini bildirib.

Bundan başqa, "Arsenal” "Bordo”dan braziliyalı cinah hücumçusu Malkomu da almağa yaxındır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol