• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Ronaldinyo karyerasını bitirdi

Ronaldinyo karyerasını bitirdi
17.01.2018 12:00
Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Ronaldinyo futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Anews.az xəbər verir ki, bu barədə onun qardaşı Roberto Asis "O Qlobo” nəşrinə müsahibəsində bildirib:

"O dayandı. Hər şey bitdi. Rusiyadakı dünya çempionatından sonra, böyük ehtimalla, avqustda nəsə böyük və gözəl bir iş görməyə hazırlaşırıq. Braziliyada, Avropa və Asiyada bəzi tədbirlər həyata keçirəcəyik. Əlbəttə, Braziliya yığması ilə oyun da keçiriləcək”.

Xatırladaq ki, Ronaldinyo karyerası ərzində "Qremio”, PSJ, "Barselona”, "Milan”, "Flamenqo”, "Atletiko Mineyro”, "Keretaro” və "Fluminense” kimi klublarda oynayıb. 37 yaşında futboldan ayrılmağa qərar verən əfsanəvi futbolçu Braziliya yığmasında 97 matç keçirib, 33 qola imza atıb. O, 2005-ci ildə Avropanın ən yaxşı futbolçusu kimi "Qızıl top” mükafatına sahib çıxıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol