• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Türkiyədə transfer bombası partladı

Türkiyədə transfer bombası partladı
22.01.2018 18:06
Məşhur braziliyalı futbolçu Robinyo karyerasını Türkiyədə davam etdirəcək. Fanat.Az xəbəp verir ki, ulduz futbolçu "Sivasspor"a keçib.

Bu barədə klub rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, "Tansfer üçün uzun müddətdi danışıqlar apardığımız və prinsipial anlaşma əldə etdiyimiz Robinyo sabah Sivasda olacaq. Son danışıqlardan sonra rəsmi müqavilə imzalanacaq".

"Sivasspor"un baş məşqçisi Samet Aybaba isə transferlə bağlı "Robinyo ilə böyük ölçüdə anlaşmışıq. 1,5 illik müqavilə imzalanacaq" deyib.

Qeyd edək ki, Robinyo karyerasına "Santos"da başlayıb. 2005-ci ildə 24 milyon avroya "Real"a transfer olunub. 3 il sonra "Mançester Siti" onu 43 milyon avroya alıb. 2010-cu ildə icarə əsasında "Santos"da çıxış edən forvard həmin il 18 milyon avroya "Milan"a transfer olunub. Sonrakı illərdə yenidən "Santos" və Çinin "Quanqzu Everqrande" klublarında çıxış edən Robinyonun son iş yeri "Atletiko Mineyro" olub. 2003-cü ildən Braziliya millisinə dəvət alan 34 yaşlı hücumçu 100 oyunda 28 qol vurub.

O, klub karyerası ərzində Braziliya, İspaniya, İtaliya və Çində 12 kubok qazanıb. Milli komanda ilə iki dəfə Konfederasiyalar Kubokunun, Amerika Kubokunun, "CONCACAF Gold Cup"un və "Superclasico de las Amaricas"ın qalibi olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol