Aqil Məmmədov “Qəbələ”yə qayıdıb
"Neftçi”dən ayrılan Aqil Məmmədovun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qapıçı sabiq komandası "Qəbələ”yə qayıdıb.
Bu barədə əməkdaşımızla söhbətində "qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Tərəflər arasında mövsümün sonuna kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
Qeyd edək ki, Aqil "Neftçi”yə qış fasiləsində məhz "Qəbələ”dən keçmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox