• $
  • £

“Avtoş”lara şad xəbər - VİDEO

“Avtoş”lara şad xəbər - VİDEO
28.05.2020 17:47
Son iki gündə ölkədə yadda qalan hadisə içərisində bakıda yol polisinin başağrısna çevrilən avtoxuliqanın saxlanması görüntüləri olub.


ARB TV-nin "Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.


Sözügedən videosujetdə paytaxtın inzibati ərazisində 23 yol polisinin təqibi ilə saxlanılan film kimi bu hadisənin görüntülər sosial medianın gündəminə çevrilib.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 33 yaşlı paytaxt sakini Ramin Ağasıyev tanışına məxsus maşınla kobud qayta pozuntusuna görə, saxlanılmasına cəhd edilsə də, sürücü buna məhəl qoymayıb. Nəticədə uzun təqibdən sonra suni tıxac vasitəsilə saxlanılıb.


Bu hadisə illər öncə irəli sürülən bir məsələni belə, sürücülər üçün xüsusi meydançanın və ya ərazinin ayrılmasını yenidən aktual edir. Cəmiyyət tərəfindən etirazla qarşılanan avtoş-larla bağlı səslənən sərt çıxışlar sonda qanunda ciddi dəyişkiliklərə gətirib çıxardı.


Avto-xuliqanlarla bağlı fikir bildirən millət vəkili Fazil Mustafa, əsasən bu qəzalara səbəb kimi gəncləri görür:


"Avto-xuliqanlarla məşğul olanalar əsasən gənclərdir. Yaşlı insanlar hər halda xuliqanlıq etmirlər. 


Avtomobillərini ictimai səviyyəni pozacaq qayadada idarə etmirlər. Bunun səbəbi nədir? Səbəbi odur ki, ba.qa sahələrə gənclərin yönləndirilməsi etiyac var”.


Bu da bir həvəs kimi sonradan azalsa da, görülən tədbirlər də ərazinin təhükəlilik dərəcəsini azaltdı. Ekpertlərin fikrincə illər öncə bu kimi hərəkətlərə yol verən sürücülərə rəğibət bəslənsə də indi, vəziyyət tamam fərqlidir.


Ekspert Elməddin Muradlı deyir ki, insanlar avto-xuliqanlıq videoları görəndə biraz təəccüblə yanaşırlar:


"5 il bundan qabaq tamam başqa cür idi. Buna adi hal kimi baxırdılar. Çünki Bakının hər küçəsində, hər yolunda belə hallar baş verirdi. Artıq o təhlükəsizlik kamerlarının quraşdırılması, yol polisini bu sahəyə nəzarətinin gücləndirilməsi belə deyək, yaxşı nəticə verdi”.


Avtomobil həvəskarları da, şəhərdə avtoşluq etməyə yaxşı baxmır. Amma onlar adrenalin dolu bu hərəkətləri etmədən qala da bilmirlər.


Ekspert Elməddin Muradlı Bakı şəhərində belə bir yerin olduğunu deyir:


"Bakı Olimpia kompleksinin ərazisində bu kimi tədbirlər keçirilir. Təhlükəsizlik şərtlərinə əməl etməklə orada müəyyən abrierlər quraşdırılır, təkərlərdəm mühafizə səddi qoyulur və digər elementlərə diqqət yetirməklə sürüş təlimləri keçirilir”.


İnzibati xətalar məcəlləsinə edilən son dəyişiklikdən sonra, bu kimi əməllərə yol verən sürücülərə qarşı sərt qərarlar çıxarılıb. Hansıki, avtoşluq etməzdən öncə bir xeyli düşündünməyə məcbur edir.


Avtoşluq bir xəstəlik, bir hiss, bir adrenalin ola bilər. Amma insan həyatını təhlükəyə atacaq qədər vacib əməl sayıla bilməz. Bunun üçün də, risk etməyə dəyməz. Ən azından səağlam həyat və sağlam cəmiyyəti düşünmək yetər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol