• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Qurban Qurbanov: Uğurlu start vermək istərdik

Qurban Qurbanov: Uğurlu start vermək istərdik
30.01.2018 10:05
Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov dünən brifinq keçirib.

Anews.az brifinqdə səsləndirilən fikirləri diqqətinizə çatdırır:

"Milli komandada məsuliyyət daha böyükdür. Hamı kimi, mən də bunu ilk gündən hiss etdim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi izah etməliyəm. Milliyə gələnlər peşəkardırlar və bilirik ki, fikrimiz ancaq burada olmalıdır. Bütün oyunçuları tanıyırıq, güvənirik. İstərdik ki, uğurlu start verək, amma dediyim kimi, bir oyun çox azdır.

Sabahkı oyunda düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldova yığmasının Cənubi Koreya millisi ilə oyununun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmiş olmalarıdır. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir. Məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır”.

Qeyd edək ki, "Mardan Palace” hotelinin meydançasında baş tutacaq Azərbaycan – Moldova oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüş "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol