• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Qurban Qurbanovun millidəki debütünə – SÖZARDI

Qurban Qurbanovun millidəki debütünə – SÖZARDI
31.01.2018 21:22
Dünən millimiz 2018-ci ildə ilk yoxlama oyununu keçirdi. Bu oyun həm də millimizin Qurban Qurbanovun baş məşqçisi kimi ilk oyunu kimi yadda qaldı.

Oxu.Az yığmamızın ilk oyununu təhlil etməyə çalışıb.

İlk öncə onu bildirək ki, millimiz bu oyuna ənənəvi oyun üslubunda çıxıb. Yəni, Qurban Qurbanov da sələfləri kimi 4-2-3-1 taktiki sxeminə üstünlük verib.

Start heyəti belə olub: Kamran Ağayev – Pavel Paşayev, Ruslan Abışov, Maksim Medvedev, Abbas Hüseynov – Qara Qarayev, Rahid Əmirquliyev - Cavid Hüseynov, Rişard Almeyda, Əfran İsmayılov – Mahir Mədətov.

Oyun baxımından götürsək, millimiz reytinqcə bizdən də aşağıda qərarlaşmış Moldova yığması önündə ciddi təhlükə ilə yadda qalmadı və ya başqa sözlə desək, dünən meydanda Robert Prosineçki millisinin sərgilədiyi futboldan fərqli oyun üslubu görə bilmədik. Aydın məsələdir ki, bizdən fərqli, bir neçə gün əvvəl dünya çempionatının iştirakçısı Cənubi Koreya millisi ilə oyun keçirmiş (0:1 uduzmuşdular – S.T.) olması Moldova yığmasının nisbətən daha hazırlıqlı görünməsinin müəyyən nüanslarından biridir. Ancaq oyun epizodları baxımından məsələyə yanaşsaq, daha çox hücumlar quran tərəf biz idik. Moldovanlar isə daha çox əks-hücumlara və standard zərbələrə bel bağlamaqla şansını gözləyirdi.

Qapı xətti: "Keşlə”nin yeni qapıçısı Kamran Ağayevin işi o qədər də çətin olmadı. Cəmi iki "seyv”lə yadda qalan Ağayevi bu göstəricisinə görə əla adlandırmaq olmaz. Çünki Kamran bundan güclü rəqiblərlə oyunlarda daha çətin və daha çox qurtarışları ilə qapısını toxunulmaz saxlamağı bacarıb.

Müdafiə xətti: Bu barədə o qədər xoş sözlər söyləmək olmaz. Ruslanla Maksimin müdafiənin mərkəzində bir-birinə yad olması çox hiss olunurdu. Dayaq yarımmüdafiəsi xəttində özünü göstərməyi bacarmış Abışovla əsl ampluası müdafiənin sağı olan Medvedevdən birinin gələcəkdə öz mövqeyinə qayıdacağı gözlənilir. Çünki hamıya bəllidir ki, zədəli olan Bədəvi Hüseynov sağalacağı halda, müdafiənin mərkəzindəki yerinə qayıdacaq. İlk dəfə əsas millidə çıxış edən Abbas Hüseynov barədə isə onu deyə bilərik ki, "Qarabağ”ın futbolçusu təhlükəli cinah asmaları ilə yadda qalmasa da, debütant olduğunu nəzərə alsaq, ümumən pis təsir bağışlamadı.

Yarımmüdafiə xətti: "Yarımmüdafiənin mərkəzi dünənki oyunda ən zəif xəttimiz idi” desək, yanılmarıq. Kapitanımız Rahid Əmirquliyev bir neçə epizodda səhvləri ilə yadda qaldı. Əsas işi rəqib hücumlarını pozmaq olan "Qarabağ”ın üzvü daha çox 4-cü dəqiqədə ciddi səhvi ilə ön planda oldu. O, arxaya gərəksiz ötürmə etməklə komandamızın müdafiə xəttini pis vəziyyətdə qoydu. Bəxtimiz onda gətirdi ki, müdafiəçilərdən sıyrılmış rəqib futbolçu Aleksandr Dedov şansından yararlana bilmədi. Zəif çıxışı Qurban Qurbanovun 61-ci dəqiqədə onu Cavid İmamverdiyevlə əvəzləməsinə gətirib çıxardı. Oyunda Riçard Almeydanı da görə bilmədik. Onun ifasında pleymeykerlik əmsalı dünən çox aşağı faizdə idi.

Hücumun cinahları: Cinahlarda Əfran İsmayılova qiymət verməyə imkan olmadı. Çünki o, ilk hissədə zədələnərək yerini Ruslan Qurbanova verdi. Qurbanov isə ilk dəqiqələrdə meydana aktiv qoşulsa da, sonradan bu aktivliyi gözəçarpacaq dərəcədə azaldı. "Qəbələ”nin digər üzvü Cavid Hüseynov da əvvəlki ampluasında idi. Yəni, nə yaxşı oynadı, nə də pis oynadı deyə bilmərik.

Hücum xətti: Forvard mövqeyində sınanılan Mahir Mədətov da hücumçu bacarığını nümayiş etdirə bilmədi. Elə onun yerinə daxil olan "Qarabağ”ın digər hücumçusu Ramil Şeydayev yadda qalmadı. 

Ümumiyyətlə, ikinci hissədə oyun adına xüsusi bir şey görə bilmədik. Bu, Qurban Qurbanovun ilk oyunu və xüsusən qeyri-rəsmi matçı olduğundan bir qarşılaşmaya görə millini sərt tənqid etməyin düzgün olmadığı qənaətindəyik. Rəsmi turnir olan və Avropa çempionatına birbaşa vəsiqə verən Millətlər Liqasına kimi millimiz hələ martda azı bir yoxlama oyunu da keçirəcək. Ümid edək ki, nisbətən daha güclü rəqib olan Makedoniya ilə martın 27-dəki görüşdə daha məzmunlu oyun nümayiş etdirən yığmanı meydanda görəcəyik.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol