Millimiz bu gün ilk oyununu keçirəcək
Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.
Trend-in məlumatına görə, komandamız Lyublyanadakı "Stojice Arena”da Fransa millisi ilə qarşılaşacaq.
Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlayacaq və "CBC Sport" telekanalında canlı yayımlanacaq oyunu Ancelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Çernidən (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox