• $ 1.7
  • € 1.9597
  • ₽ 0.021795
  • ₺ 0.0429
  • £ 2.2944

Təhsil haqqını ödəyə bilməyən tələbələr üçün şans

Təhsil haqqını ödəyə bilməyən tələbələr üçün şans
02.02.2018 17:30
"Maarifçi" Tələbə Kredit Fondu təhsil haqqını ödəyə bilməyən tələbələrin kredit alması üçün müraciətlərin qəbuluna başlayıb.

Fonddan Trend-ə verilən məlumata görə, tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər. Təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub.

Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb.

Qeyd edək ki, "Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək beşinci elan sessiyasını keçirir. Bu müddət ərzində fonda daxil olan 304 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 175 təhsil krediti müqaviləsi imzalanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank yenidən "Mastercard Tech Conference" tədbirinə ev sahibliyi edib
İqtisadiyyat 15:30
Yelo Bank yenidən "Mastercard Tech Conference" tədbirinə ev sahibliyi edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
SOCAR və “Uzbekneftegaz” Qaraqalpaq qaz blokunda birgə kəşfiyyata başlayır
İqtisadiyyat 09:28
SOCAR və “Uzbekneftegaz” Qaraqalpaq qaz blokunda birgə kəşfiyyata başlayır
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - Məzənnə
“Mir” kartları artıq Azərbaycanın 50 bankomatında qəbul olunur - Mustafayev
İqtisadiyyat 09:17
“Mir” kartları artıq Azərbaycanın 50 bankomatında qəbul olunur - Mustafayev
Azercell-in“DataMinds” bootcampp roqramına qeydiyyat davam edir
İqtisadiyyat 14:51
Azercell-in“DataMinds” bootcampp roqramına qeydiyyat davam edir
“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri artıb
İqtisadiyyat 13:20
“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri artıb
Pensiyalar sabah tam ödəniləcək
İqtisadiyyat 13:10
Pensiyalar sabah tam ödəniləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol