• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Qanında dopinq tapılan idmançımızla bağlı - İlginc faktlar

Qanında dopinq tapılan idmançımızla bağlı - İlginc faktlar
10.02.2018 10:00
Xəbər verdiyimiz kimi, ötən gün 4 idmançımıza dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.  Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında məlumat verilib.  Bildirilir ki, güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.
 
Adı sanskiyaya məruz qalanlar arasında olan Fövqi Əfəndiyev kifayət qədər populyardır. O, Azərbaycan mətbuatında tez-tez gənc xanım modellərlə fotosessiayaları ilə gündəmə gəlib. Fövqi, hətta tanınmış müğənni Səmra Rəhimlinin səs-küyə səbəb olan "Badminton” klipində də yer alıb. 
Bundan əlavə, Fövqi Bakının məşhur idman zallarının birində məşqçi kimi çalışır. Onun Pərvin Abıyeva, Səmra Rəhimli, Günel Hümbətova və Mehin kimi məşhur tələbələri var. 

Bir müddət əvvəl Fövqinin Səmra ilə sevgili olması barədə xəbər də yayılmışdı, hər iki tərəf isə iddiaları təkizb etmişdi. 

Əfəndiyev eyni zamanda bloqqer kimi də fəaliyyət göstərir. Llenbuterol və tamoksifen metaboliti aşkarlanan bodibildinqçimizi instaqramda 90 minə yaxın insan izləyir.  O, səhifəsində sağlam üsulla əzələ yığmağın yollarından bəhs edir, bununla bağlı videolar paylaşır, məsləhətlər verir. 

Ondan dopinqin aşkarlanması isə izləyicilərinin məyusluğu ilə nəticələnib. 

Xatırladaq ki, F. Əfəndiyev ötən ilin avqust ayında bodibildinq üzrə yarışlarda birinci olub. Mükafatı əlindən alınacaq idmançımızın cəzası isə 2021-ci ilədək davam edəcək. O, 4 il ərzində heç bir yarışlara qatıla bilməyəcək. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol