• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Nazir: Bu yarışlar ölkəmizin inkişafına xidmət edəcək

Nazir: Bu yarışlar ölkəmizin inkişafına xidmət edəcək
13.02.2018 11:30
"Azərbaycanda indiyənə qədər keçirilən beynəlxalq idman yarışları ölkəmizə böyük faydalar gətirib". Trend-in məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib.

A.Rəhimov bildirib ki, Azərbaycan 1-ci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran Prisi və digər böyük tədbirlərə ev sahibliyi edib. Nazir vurğulayıb ki, bu cür idman yarışlarından ölkəmizə böyük miraslar qalıb. Nazir qeyd edib ki, bu cür böyük idman yarışlarının keçirilməsi nəticəsində Azərbaycanın idman infrastrukturu inkişaf edib, ölkəmizin təşkilatçılıq qabliyyəti artıb:

"Burada insan kapitalı amili də mühüm rol oynayır. Artıq Azərbaycanda könüllülər ənənəsi formalaşıb. Azərbaycan könüllüləri artıq başqa ölkələrdə keçirilən yarışlarda iştriak edirlər. Birinci Avropa Oyunlarında iştirak edən könüllülərimiz Minskdə keçiriləcək növbəti Avropa Oyunlarda iştirak edəcək”.

Bu il Azərbaycanın daha bir neçə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcəyini diqqətə çatdıran A.Rəhimov vurğulayıb ki, bütün bu yarışlar ölkəmizin inkişafına xidmət edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol