• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Daha bir idmançımız Olimpiadaya vəsiqə qazanıb

Daha bir idmançımız Olimpiadaya vəsiqə qazanıb
16.02.2018 17:44
Dünən Rusiyanın paytaxtı Moskvada Gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış baş tutub.

Anews.az xəbər verir ki, bütün diqqətlərin yönəldiyi bu turnirdə təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq məhz bu oyunlara lisenziyanı əldə edib. 

Gimnastımız böyük uğura hər dörd çıxışına görə ümumilikdə 53.30 xal toplamaqla nail olub.

Yarışlarda ölkəmizi digər bədii gimnastımız Yelizaveta Luzan da təmsil edərək, 43.60 xal toplayıb.

Xatırladaq ki, qaydalara əsasən, hər ölkədən yalnız bir gimnastın lisenziya qazanmaq şansı olub.

Millimizin baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, bu il bədii gimnastika üzrə qaydalara yeni dəyişikliklər əlavə olunub və bu turnir yeni düzəlişlər əsasında baş tutub. Buna görə də həm gimnastlar, həm də məşqçilər üçün yarışlar çətin və həyəcanlı keçib.

"Gənclər arasında Yay Olimpiya Oyunlarına ilk Azərbaycan gimnastının lisenziya qazanması bizi çox sevindirir. Nəzərə almalıyıq ki, ölkəmizi təmsil edən hər iki gimnastımız öz həmyaşıdlarından daha az təcrübəyə malik idi.

Buna baxmayaraq, Dərya bu işin öhdəsindən layiqincə gəldi. Əlbəttə, yarışlardan sonra hər iki gimnastla çıxışlarını analiz etdik və özümüz üçün qeydlər apardıq. Əsas odur ki, onların yaxşı çıxışları layiqli xallarla qiymətləndirildi”, – deyə bolqarıstanlı məşqçi bildirib.

Bu uğurun gimnastlarımız üçün böyük stimul olduğunu qeyd edən Vasileva qarşıda onları daha məsuliyyətli yarışların gözlədiyini vurğulayıb.

Qeyd edək ki, qalibləri həmyerlimiz, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov mükafatlandırıb. 

Xatırladaq ki, Dərya Farşbafşəhriyariyədək Fatimə Alkərimova (üzgüçülük) və Ninq Jinq (stolüstü tennis) də oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol