• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

“Neftçi”də gözlənilən təyinat baş tutdu

“Neftçi”də gözlənilən təyinat baş tutdu
21.02.2018 13:15
"Neftçi” PFK-da yeni təyinat olub. 

Anews.az xəbər verir ki, Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib.

1997/1998 mövsümündə "Neftçi”nin şərəfini qorumuş və 23 oyunda altı qola imza atmış Ceyhun Sultanov "Fərid” (1996-1997), "Dinamo” (1998-2001), "Maşin Sazi” (Təbriz, 2003-2004), "Bakı” (2004-2007), "Xəzər Lənkəran” (2007-2010), "Kəpəz” (2010-2012), "Sumqayıt” (2012), "Qəbələ” (2013) klublarında da çıxış edib.

O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir.

U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, bir qol vurub. 38 yaşlı mütəxəssis "Bakı”da seleksiyaçı məşqçi (2013-2014), "Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.

Qeyd edək ki, Kamran Quliyevin "Sumqayıt”da prezident postunu "Neftçi”də analoji vəzifəyə dəyişəndən Ceyhun Sultanovun da bu kluba gətiriləcəyi gözlənilirdi. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol