• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Sabiq hakim yüksək vəzifəyə təyin olundu

Sabiq hakim yüksək vəzifəyə təyin olundu
09.03.2018 20:10
Çimərlik futbolu üzrə sabiq FİFA referisi Əfqan Həmzəyevə mini futbol üzrə beynəlxalq qurumlarda vəzifə verilib.

Oxu.Az-ın xəbərinə görə, o, Avropa Minifutbol Federasiyasının Hakimlər Komitəsinin təlim-təhsil qrupunun rəhbəri və Dünya Minifutbol Federasiyasının Hakimlər Komitəsinin sədr müavini vəzifələrini icra etməyə başlayıb.

Bu barədə Oxu.Az-a Əfqan Həmzəyevin özü xəbər verib. O bu vəzifələrə təyinatınadək həmin qurum rəhbərləri ilə tanışlığından danışıb:

"Mən beynəlxalq turnirlər zamanı 2011-ci ildə Dünya Minifutbol Federasiyasının indiki prezidenti Filip Yuda ilə tanış olmuşdum. 2012-ci ildən mən onlarla əməkdaşlıq etməyə başladım. O vaxtdan öz turnirlərinə qonaq kimi dəvət alırdım, bəzən hakimliklə bağlı məsləhətlər verirdim. Beləliklə, onunla dostluğumuz möhkəmləndi. 2015-ci ildə o mənə dedi ki, federasiyanın Hakimlər Komitəsində gəl işlə. Çünki 2006-cı ildən mənim FİFA dərəcəm, həmçinin inspektorluq lisenziyam vardı. Razılaşdıq, elə həmin ildən həmin federasiya ilə müqavilə bağlayıb rəsmi şəkildə əməkdaşlıq etməyə başladım. Ötən il Tunisdə keçirilmiş dünya çempionatında hakimlərin işinə qiymət verirdim. 

Həmçinin ötən il Yudanın Bakıya dəvət olunması da mənim vasitəmlə oldu. Həmin federasiyanın tunisli vitse-prezidenti Əşrəf Bel Salhanı da bura dəvət etmişdim. Ancaq o, bir ay sonra Tunisdə mini futbol üzrə dünya çempionatının hazırlıq işlərini gördüyündən, bura gələ bilmədi.

Yuda Azərbaycanda Mini Futbol Assosiasiyasının yaradılmasını istəyirdi. Bu, çox maliyyə tələb edən bir iş idi. Şükürlər olsun ki, Azfar Qrup kimi bir şirkət bu işi öz üzərinə götürdü”.

Həmzəyev daha sonra təyinatından danışıb: 

"Bildiyiniz kimi, fevralın 23-24-də Avropa Minifutbol Federasiyasının Baş Assambleyası keçirildi. Orda Azərbaycan Mini Futbol Assosiasiyası həmin quruma üzv qəbul edildi. Həmçinin mən həmin qurumun Hakimlər Komitəsinin təlim-tədris üzrə rəhbəri təyin olundum. Martın 1-də isə Tunisin paytaxtı Tunisdə Afrika Minifutbol Federasiyasının Baş Assambleyası keçirildi. Bir gün sonra isə Dünya Minifutbol Federasiyasının illik Yığıncağı baş tutdu. Orda qərar qəbul olundu ki, həmin qurumun Hakimlər Komitəsinin sədr müavini olum, eləcə də hakimlərin təlim-tədris məsələləri ilə məşğul olum”.

Əfqan Həmzəyev bildirib ki, yaxın gələcəkdə daha bir qurumda daha yüksək vəzifəyə təyin oluna bilər:

"Planda var ki, yeni formalaşan Asiya Minifutbol Konfederasiyasının Hakimlər Komitəsinin sədri olum. Bu vəzifəyə təyinatım çox böyük ehtimalla, baş tutacaq”.

Qeyd edək ki, Əfqan Həmzəyev həm də Azərbaycan Futnet Assosiasiyasının baş katibidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol