• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Sabiq deputat meydana silahla girdiVİDEO

Sabiq deputat meydana silahla girdi – VİDEO
12.03.2018 14:15
Futbol üzrə Yunanıstan Super Liqasında maraqlı hal baş verib.

Anews.az xəbər verir ki, Salonikidə keçirilən PAOK – AEK matçının son dəqiqəsində meydan sahiblərinin Kabo Verde əsilli portuqaliyalı mərkəz müdafiəçisi Fernandu Varelanın vurduğu qol oyundankənar vəziyyət olduğu üçün qeydə alınmayıb.

Matç çempionluq baxımından önəmli olduğuna görə PAOK oyunçuları hakimə etiraz edib.

"Tumba” stadionuna toplaşmış yerli azarkeşlər hakimlərə sərt reaksiya verib. Hakimlər paltardəyişmə otağına gediblər. Bundan təxminən iki saat sonra matçın təhlükəsizlik səbəbilə təxirə salındığı bildirilib.

Yunanıstan mətbuatında çıxan xəbərlərə görə, hətta PAOK prezidenti İvan Savvidis mühafizəçiləri ilə birgə belində silah meydançaya daxil olub. Onun matçın hakimi Yorqos Kominisi ölümlə təhdid etdiyi iddia olunur.

AEK klubu Gürcüstan doğumlu, Rusiya parlamentinin sabiq millət vəkili olmuş Savvidisin bu hərəkətlərini qınadığını açıqlayıb.

Qeyd edək ki, iki tur əvvəl bu stadionda keçirilmiş PAOK – "Olimpiakos” matçında da qonaq komandanın ispaniyalı baş məşqçisi Oskar Qarsiaya tərəf yad əşya atılmış və o yaralanmışdı. Nəticədə PAOK-a 0:3 hesablı texniki məğlubiyyət verilmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol