Rusiyada daha bir siyasi qalmaqal
Rusiya prezidenti Vladimir Putinə rəqib olan rus oliqarx Boris Berezovskinin ən yaxın adamlarından olan Nikolay Qluşkov Londonda ölüb.
68 yaşlı Qluşkovun cansız bədənini ailə üzvləri tapıblar. Onun ölüm səbəbi bilinmir. Bu barədə "The Guardian” məlumat verib.
Məlumat üçün bildirək ki, Berezovski 1999-cu ildə korrupsiya və çirkli pulların yuyulmasına görə 5 il həbs cəzası alıb, daha sonra İngiltərəyə sürgün edilib. Qluşkov da bu illər ərzində onun yanında çalışmağa davam edib.
Bu səbəbdən son günlər Rusiya və İngiltərə arasında siyasi gərginlik yaşanır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər