• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Əkrəm Həsənov: "ABB İdarə Heyətinin yeni sədri əcnəbi ola bilər"

Əkrəm Həsənov:
14.03.2018 23:24
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bu gün "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) rəhbərliyində baş vermiş dəyişiklikləri şərh edib.

O, "Renkinq"ə açıqlamasında bunları bildirib:

"Baş vermiş dəyişikliklər bir neçə məqamdan xəbər verir. İlk növbədə bu, o deməkdir ki, Xalid Əhədov da sələfləri Elmar Məmmədov və Cahangir Hacıyev kimi vəzifəsindən kənarlaşdırıldı. Amma onlardan fərqli olaraq, nüfuzuna tam xələl gəlməsin deyə Müşahidə Şurasının (MŞ) sıravi üzvü oldu. Çünki işin öhdəsindən gəlməsə də, xeyli səhvə yol versə də, oğru deyildi. Sadəcə savadı və bacarığı çatmadı.

Ötən il ərzində o, Bankın nüfuzuna ciddi xələl vuran ən azı 3 hərəkəti etdi. İlin əvvəlində, dollar əmanətinin girovu müqabilində manat krediti alan sahibkarları qanunsuz olaraq məcbur etdi ki, kreditləri vaxtından əvvəl qaytarsınlar. İlin ortasında çox naşı şəkildə öhdəliklərin könüllü restrukturizasiyasını həyata keçirdi və nəinki Bankın, ölkəmizin də beynəlxalq işgüzar aləmdə imicinə ciddi zərbə vurdu (təkcə London məhkəməsindəki məğlubiyyət nəyə desən dəyər). İlin sonunda isə dollar əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada qanunsuz olaraq endirdi. Bir sözlə, məqsədə çatmaq üçün qanunçuluq prinsipini kobud şəkildə sistematik pozurdu, özü də bunu nümayişkanə edirdi.

Bankın daxilində də MŞ-nn təsdiq etmədiyi struktur (hətta departamentlər və yükək vəzifələr) yaratmışdı, işçiləri əsassız ixtisar edir, yerinə öz adamlarını yığırdı və s. Amalı yəqin ki, saf idi: Bankı sağlamlaşdırmaq istəyirdi. Amma təəssüf ki, o və onun kimi bir sıra çağdaş gənc kadrlar başa düşmür ki, hər şeydən əvvəl qanunçuluqdur. Özlərini hamıdan ağıllı hesab edirlər, bilmirlər ki, qanun pozulursa, özü də kobud şəkildə, bunun nəticəsi yaxşı olmayacaq. Nəticədə qısa müddətdə özünə xeyli düşmən də qazandı, bu əsnada qanunsuzluqlar etdi və müttəfiqi qalmadı. Hamını narazı saldı. Üstəlik işinin də ciddi nəticəsi olmadı.

Digər vacib məqam Azər Bayramovun (maliyyə nazirinin müavini) MŞ-nın sədri vəzifəsindən getməsidir. Bununla da, Bankın de fakto Maliyyə Nazirliyinin birbaşa nəzarətində olmaması tam rəsmiləşdi. Məlum olduğu kimi, formal olaraq, dövləti ABB-də məhz bu nazirlik təmsil edir. Lakin hələ Cahangir Hacıyevin vaxtından nazirlik ora müdaxilə edə bilmir. Hacıyevdən sonra Elmar Məmmədovun dövründə qısa müddətdə nazirlik idarəetməni əlinə aldı, amma sonra əldən verdi. MŞ-nın yeni sədri Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov oldu. Əslində, bu, o demək deyil ki, Banka indi o, nəzarət edəcək. Xeyr, Bank birbaşa Prezident Administrasiyasından idarə olunur (cari vəziyyətdə bu, ən düzgün yanaşmadır). Sadəcə Ş.Mövsümovun Fondda onsuz da ciddi və real işi azdır. Bank isə özəlləşdirməyə hazırlanır. Xarici investorlar axtarılır. Ş.Mövsümovun isə beynəlxalq səviyyədə yaxşı danışıq aparmaq imici formalaşıb. Odur ki, onu sadəcə bu işlə yüklədilər ki, sərfəli investorlar cəlb etsin.

Bankın İdarə Heyətinin yeni sədri kim olacaq? Yəqin ki, bu məsələ də ilk növbədə investorlarla müzakirə ediləcək. Adətən beynəlxalq maliyyə qurumları bu məsələdə öz tələblərini irəli sürür. İstisna deyil ki, yeni sədr əcnəbi olacaq. Elə məhz buna görə vəzifə hələlik vakant saxlanıldı".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 70,76 dollaradək yüksəlib
İqtisadiyyat 09:53
"Azeri Light" neftinin qiyməti 70,76 dollaradək yüksəlib
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl ucuzlaşıb - Məzənnə
Qızılın qiyməti rekord səviyyəyə çatıb
İqtisadiyyat 23:35
Qızılın qiyməti rekord səviyyəyə çatıb
"KazMunayQaz" BTC ilə neft ixracını bərpa edib
İqtisadiyyat 14:55
"KazMunayQaz" BTC ilə neft ixracını bərpa edib

Yelo Bank-dan KOB-lara faizsiz dəstək!
İqtisadiyyat 14:29
Yelo Bank-dan KOB-lara faizsiz dəstək!
Bakıda bir nəfər orta hesabla məhsullara 494 manata yaxın pul xərcləyib
İqtisadiyyat 14:21
Bakıda bir nəfər orta hesabla məhsullara 494 manata yaxın pul xərcləyib
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
İqtisadiyyat 13:28
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Paytaxda bu il 20 milyard manatdan çox məhsul satılıb
İqtisadiyyat 13:25
Paytaxda bu il 20 milyard manatdan çox məhsul satılıb
Biirnci yarımildə ölkənin xalis maliyyə aktivləri artıb
İqtisadiyyat 12:35
Biirnci yarımildə ölkənin xalis maliyyə aktivləri artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol