• $
  • £

Hollandiyalı idmançı Yanardağdan tullanıb

Hollandiyalı idmançı Yanardağdan tullanıb
23.03.2018 14:37
İyunun 5-9-da Bakıda keçiriləcək BMX idmanı üzrə dünya çempionatının ulduz elçisi, hollandiyalı idmançı, Red Bull atleti Tvan van Gendt ötən hətfə paytaxtımızda olub.

Anews.az xəbər verir ki, səfərin əsas məqsədi həm yarış trekini sınaqdan keçirmək, həm də dünya çempionatı ilə bağlı dəstək aksiyasında iştirak etməkdir.

Bakı-2015-də gümüş medal qazanan hollandiyalı velosipedçi paytaxtımızı özü üçün uğurlu şəhər hesab etdiyini deyib:

"2015-ci ildə Avropa oyunlarında qazandığım gümüş medal mənim üçün çox dəyərlidir. Əslində həmin vaxt qızıl qazanmamağım fiziki yox, psixoloji hazırlıqla bağlı idi. Sonra Avropa çempionu və dünya kubokunun qalibi adını da qazandım. Ümid edirəm ki, buliki dünya çempionatında da yüksək nəticə göstərə bilərəm”.

Yarış trasında məşq yürüşləri həyata keçirən ulduz elçinin sözlərinə görə, hazırda BMX treki 2015-ci illə müqayisədə xeyli fərqlənir və yenidənqurma işlərindən sonra texniki cəhətdən daha maraqlıdır. Paytaxtımızın gözəlliyi və milli mətbəximiz isə onu valeh edib: 

"Bakı həqiqətən çox gözəldir. Yeməklərinizə isə söz ola bilməz. Bu gözəl şəhərdə keçiriləcək dünya çempionatının təbliğatı üçün əlimdən nə gəlirsə, etməyə çalışacam. 

Öz imkanıma gəlincə, düşünürəm ki, rəqabət kifayət qədər ciddi olacaq. Təkcə Niderland yığma komandasının heyətində kifayət qədər səviyyəli idmançı var”.

Tvan van Qendt BMX üzrə Dünya Çempionatı ərəfəsində Azərbaycana baş çəkib, treki yoxlayandan sonra Novruz Bayramı ilə əlaqədar Yanardağa yola düşüb.

O Yanardağdan tullanıb: "Mən heç vaxt düşünməzdim ki, belə şey ola bilər! Bu qeyri-adi və ovsunlayan mənzərə, Azərbaycanı həqiqətən "Odlar Yurdu” kimi simvollaşdırır. Mən bu ilin iyununda Bakıda dünya çempionatında olacağam və bura mütləq qayıdacağam”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol