• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Fabio Kapello karyerasını bitirir

Fabio Kapello karyerasını bitirir
09.04.2018 19:47
İtaliyanın məşhur məşqçilərindən olan Fabio Kapello karyerasını başa vurub.

Anews.az xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssisin özü açıqlama verib.

O, fəaliyyətini şərhçi kimi davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Kapello daha əvvəl İtaliyanın "Milan”, "Yuventus”, "Roma” və İspaniyanın "Real” klublarında, eləcə də, Rusiya və İngiltərə milli komandalarında baş məşqçi vəzifəsində çalışıb. Onun çalışdırdığı sonuncu klub Çində "Tszyansu Sunin” komandası olub.

O, "Milan”la dörd dəfə, "Roma” ilə bir dəfə İtaliya, "Real”la isə iki dəfə İspaniya çempionluğu qazanıb. "Yuventus”la qazandığı iki çempionluq isə sonradan federasiya qərarı ilə klubun əlindən alınıb. Həmçinin Fabio Kapellonun 1994-cü ildə "Milan”la Çempionlar Liqası və UEFA Superkuboku titulu var. Məhz bu üzdən o, 1993/1994 mövsümündə Avropanın ən yaxşı məşqçisi adına sahib çıxıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol