• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

İdmançılarımız dopinqə “yox” deyir

İdmançılarımız dopinqə “yox” deyir
10.04.2018 16:14
Bu gün Cavan İdman Arenasında Ədalətli İdman Gününə (Play True Day) həsr olunmuş tədbir keçirilib.

Anews.az xəbər verir ki, Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə baş tutan tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AMADA-nın rəhbəri Şəfəq Hüseynli, AFFA-nın baş katibi Elxan Məmmədov, olimpiya mükafatçıları, federasiya və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə təbdbir iştirakçılarına məlumat xarakterli videoçarx nümayiş olunub. Ədalətli Oyunlar Gününün 2013-ci ildə təsis edildiyi, Azərbaycanda ilk dəfə keçirildiyi qeyd olunub.

Ş.Hüseynli çıxışı zamanı bildirib ki, AMADA yarandığı gündən digər milli idman federasiyalarından dəstək görüb. O, dopinqlə birgə mübarizənin vacibliyini vurğulayıb.

X.İsayev isə dopinqdən istifadənin qəbulolunmaz olduğunu vurğulayıb: 

"Biz idmançı olan vaxtlarda ədalətsizliklərlə üzləşmişik və bunun nə demək olduğunu bilirik. Bu gün dopinqlə hansısa nəticə qazanmaq olar. Amma həmin idmançı öz gələcəyinə zərər vermiş olacaq. 

Sevindirici haldır ki, Azərbaycanda AMADA kimi qurum fəaliyyət göstərir”.

Daha sonra müxtəlif idman növləri üzrə ədalət prinsiplərinin pozulduğu səhnəciklər nümayiş olunub. 

Olimpiya çempionları Fərid Mansurov və Namiq Abdullayev, eləcə də, Elxan Məmmədov  idmançılara ədaləti oyun və ədalətli nəticə lazım olduğunu vurğulayıblar.

Tədbirin sonunda "Dopinqə yox deyirik” şüarları səsləndirilib və xatirə şəkilləri çəkdirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol