• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azərbaycanlı futbolçunun dizi çatlayıb

Azərbaycanlı futbolçunun dizi çatlayıb
12.04.2018 20:20
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Şimal-Şərq Regional Liqasında mövsümün qalan matçlarını buraxacaq. 

Anews.az xəbər verir ki, bunu Berlin "Dinamo”sunun futbolçusu açıqlamasında deyib.

XXVII turda "Halberştadt”la (4:2) qarşılaşmada zədələnən 26 yaşlı forvard sol dizinin daxilində çat aşkarlandığını söyləyib. Həkimlər onun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Berlin klubunun liqada son matçını mayın 12-də keçirəcəyini nəzərə alsaq, Dadaşovun çempionatı başa vurduğunu söyləmək olar.

Ancaq o, mayın 21-də keçiriləcək Berlin kubokunun finalında son dəfə "Dinamo”nun formasını geyinmək arzusundadır: 

"Ümid edirəm ki, final görüşünə qədər sağalaram. Həmin matça yetişmək üçün əlimdən gələni edəcəyəm. Çünki "Dinamo”nu titulla tərk etmək niyyətindəyəm”.

Qeyd edək ki, yeni mövsümdən 3-cü Liqa klubu "Proyssen”də mübarizə aparacaq millimizin sabiq hücumçusu "Dinamo”ya Berlin kubokunun yarımfinalında kömək edə bilməyəcək. Belə ki, onun komandası aprelin 18-də "Tenis Borusiya” ilə görüşəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol