• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Avropa Liqasında yarımfinalçıların adları məlum olub

Avropa Liqasında yarımfinalçıların adları məlum olub
13.04.2018 13:16
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
 
Anews.az xəbər verir ki, "Sportinq” öz meydanında turnirin favoritlərindən sayılan Madrid "Atletiko”suna 1:0 hesabı ilə qalib gəlsə də, İspaniyada 0:2 hesabı ilə uduzduğundan, mərhələ adlaya bilməyib.

Turnirin sürpriz komandalarından sayılan "Zalsburq” bu dəfə də sensasiyaya imza atıb. Avstriya klubu Romada 2:4 hesabı ilə uduzduğu "Latsio”nu 4:1 məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Favoritlərdən hesab olunan "Arsenal” Londonda 4:1 məğlub etdiyi MOİK-ə Moskvada da uduzmayıb. Aaron Remzinin son dəqiqə qolu ilə İngiltərə təmsilçisi 2:2 hesablı heç-heçəyə nail olub.

Marseldə də maraqlı görüş baş tutub. Almaniyada da 0:1 hesabı ilə uduzmuş "Marsel” "Leypsiq”i 5:2 hesabı ilə yenərək yarımfinala adını yazdırıb.

Qeyd edək ki, bu gün UEFA-nın mənzil-qərargahı olan İsveçrənin Nyon şəhərində Avroliqanın yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol