• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Moskvada Quliyə qarşı müharibə hazırlığı: dəstə yığılır

Moskvada Quliyə qarşı müharibə hazırlığı: dəstə yığılır
19.04.2018 11:19
Kriminal aləmdə Hacı Beyləqanski kimi tanınan qanuni oğru Hacıbaba Talıbxanlı Moskvaya köçüb.

Lent.az-ın məlumatına görə, 2016-cı ildə İstanbulda öldürülən Rövşən Lənkəranskinin ən yaxın silahdaşı hesab edilən Hacı Beyləqanski uzun müddətdir İstanbulda istintaq altında idi. 2013-cü ildə "Qoca” ləqəbli qanuni oğru Əlibaba Həmidovun qətlində, daha sonra Lotu Quliyə sui-qəsd cəhdində məhz onun adı hallanırdı.

Lakin hər iki iş üzrə Hacı bəraət qazana bilmişdi. Bundan sonra o, İstanbuldan Rusiyanın paytaxtına gəlib.

Beyləqanskinin Moskvaya gəlişinin ən böyük səbəbinin Lotu Quliyə qarşı müharibəyə hazırlıqla bağlı olduğu güman edilir.

Bunun üçün Hacıya Rövşən Lənkəranskinin yaxın qohumu, kriminal aləmdə Dayıoğlu Zaur kimi tanınan Zaur Əhmədov hər cür maliyyə dəstəyi verir. Ona yaşayış üçün dəbdəbəli "Penthouse” ayrılıb. Hacını Moskvada iki zirehli avtomobil gəzdirir və çoxsaylı mühafizəçilər qoruyur.

Hacı Beyləqanskinin yanında hazırda Lotu Quli ilə düşmən olan Rafiq Masallinski və Ceyhun Gəncinski də var. Hətta hazırda həbsxanada olan Albert Rijiy kimi tanınan Əli Heydərov da Hacıbaba Talıbxanlıya dəstək verir.

Gözlənilən odur ki, yaxın zamanda Lotu Quliyə qarşı müxalifətdə olan bütün kriminallar bu dəstəyə qoşulacaq.

Qeyd edək ki, Hacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonun Talıbxanalı kəndində anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol