• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Abid Şərifov: Xəstəxanada nə işim var?

Abid Şərifov: Xəstəxanada nə işim var?
29.05.2020 08:18
Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb.

Anews.az xəbər verir ki, A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyi, hazırda kardiologiya şöbəsində müalicə olunduğu bildirilib.

Yayılan informasiyalar haqda Oxu.Az-a açıqlama verən Abid Şərifov, barəsində yazılanların yalan olduğunu deyib. O bildirib ki, hazırda evdədir və səhhəti normaldır:

"Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?

Əgər, 23 il dövlətin bir vəzifəsində işləmişəmsə və 79 yaşımda cənab prezidentin sərəncamına əsasən, işdən azad edilmişəmsə, bu haqda başqa düşüncələr ola bilər? Hansı ölkədə dövlət məmuru 23 il işləyir? Mən həmişə vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Xatırladaq ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən israildə müalicə olunmuşdu.

Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Sabir baş nazir müavini orada əməliyyat olunmuşdu.

Qeyd edək ki, Abid Şərifov prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsindən çıxarılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol