• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Millimizin baş məşqçisi: Yığmaya yeni qan gəlib

Millimizin baş məşqçisi: Yığmaya yeni qan gəlib
24.04.2018 17:16
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şaban Donat aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində brifinq keçirib.

Anews.az xəbər verir ki, türkiyəli mütəxəssis çempionata hazırlıqla bağlı fikirlərini bölüşüb:

"Qarşıdakı Avropa çempionatı yeni qaydalarla keçiriləcək. Yarışa yaxşı hazırlıq dövrü keçmişik. Yarış ərəfəsində Ukrayna və İranda iştirak etdiyimiz turnirlərdə uğurlu nəticələr göstərmişik. Məşqçilər heyətində dəyişiklik baş verib.

Rövşən Bayramov bilik və təcrübəsini artıq gənc güləşçilərlə bölüşür. Onunla birgə Emin Əhmədov da məşqçi kimi çalışır. Hesab edirəm ki, yığmaya yeni qan gəlib. Çempionata iddialı yollanacağıq. Bütün çəkilərdə iddialı olacağıq.

Avropa çempionatında Azərbaycanı ən yaxşı səviyyədə təmsil edəcək, ölkənin bayrağını ucaltmağa çalışacağıq. Təbii ki, güclü rəqiblərimiz var. Amma biz də güclüyük.

Heyətimizdə Rəsul Çunayev kimi təcrübəli isimlər var. Biz kiminsə üzərinə yük qoymaq istəmirik. Çünki bu, fərdi mübarizə olduğundan hər kəs özünə cavabdehlik daşıyır. Azərbaycan güləşdə iddialı ölkədir. Bütün çəkilərdə medallara iddialıyıq. Əyarını isə bilmək olmaz. Uda da, uduza da bilərik. Yəni, hamı qızıl medala namizəd deyil”.

Şaban Donat 130 kq çəki dərəcəsindəki dəyişikliyin nə ilə əlaqədar olmasına da aydınlıq gətirib:

"Ukraynadakı turnirdə zədələndiyi üçün Sabah Şəriətini Türmən Eyyubovla dəyişdik. Əslində, Eyyubov 97 kq çəkidə güləşir. O da bu mövsüm yaxşı irəliləyişə nail olub. İranda keçirilmiş turnirdə bürünc medal qazanıb. Gənc olmasına baxmayaraq, hazırkı formasına əsasən, Türmənin 130 kq-da çıxış etməsini qərara aldıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol