• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Dünya çempionuna Bakıda “Formula-1” bileti hədiyyə olundu

Dünya çempionuna Bakıda “Formula-1” bileti hədiyyə olundu
28.04.2018 09:05
İtaliyanın sərbəst güləş üzrə millisi Bakıda təlim-məşq toplanışındadır.

Oxu.Az xəbər verir ki, İtaliyanın həm kişilər, həm də qadınlar üzrə sərbəst güləş yığması aprelin 30-da Dağıstanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatına hazırlığı məhz Bakıda – Olimpiya Güləş Mərkəzində keçir.

İtaliya yığmasının heyətində ikiqat dünya və ikiqat Avropa çempionu Frank Çamiso da var. İtaliya millisinin kubalı legioneri Oxu.Az-ın suallarını cavablandırıb.

"Hər dəfə Bakıya gələndə burda xoş təəssüratla ayrılıram. Buranın insanları çox mehribandır. Bura üçüncü dəfədir ki, gəlirəm. Əvvəl Avropa Oyunlarında burda olmuşdum, onda gümüş medalla Azərbaycanı tərk etmişdim. Sonuncu dəfə isə ötən il Novi Saddakı Avropa çempionatına hazırlığı Bakıda keçmək üçün gəlmişdik”.

Avropa çempionatında əsas rəqiblərinin Rusiya, Azərbaycan və Türkiyədən olduğunu bildirən 25 yaşlı idmançı Bakıda "Formula-1” yarışının keçirildiyindən xəbərdar olduğunu bildirib:

"Şəhərinizdə çoxlu dəyişikliklər gördüm. Bu da "Formula-1”lə əlaqədardır. Yeri gəlmişkən, mənə həmin yarışa bilet hədiyyə olunub. Çünki mən güclü idmançıyam (gülür)”.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləş üzrə kişilərin yarışı 4-6 may tarixlərində baş tutacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol