• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Real”, yoxsa “Bavariya”?

“Real”, yoxsa “Bavariya”?
01.05.2018 09:26
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. 

Anews.az-ın xəbərinə görə, ilk görüşdə səfərdə Almaniyanın "Bavariya” komandasını 2:1 hesabı ilə məğlub edən İspaniyanın "Real” klubu ardıcıl üçüncü dəfə qitənin ən nüfuzlu turnirinin finalına çıxmaq niyyətindədir.

Kral klubunun heyətində müdafiənin sağ cinahında həm Dani Karvahal, həm də Naço zədədən əziyyət çəkdiyindən, bu mövqedə kimin oynayacağı sual altındadır. Eyni zamanda, yarımmüdafiəçi İskonun da oynamamaq ehtimalı var.

"Bavariya”da isə ilk oyunda zədələnən müdafiəçi Jerom Boatenq komandasına kömək edə bilməyəcək. Arturo Vidal da zədədən əziyyət çəkir. David Alaba kollektivə qoşulubsa, dünən fərdi məşqlə kifayətlənən Aryen Robbenin oynayıb-oynamayacağı bəlli deyil.

Türkiyəli referi Cüneyt Çakırın idarə edəcəyi matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mayın 2-də keçiriləcək ikinci yarımfinal qarşılaşmasında  İngiltərənin "Liverpul” və İtaliyanın "Roma” komandaları üz-üzə gələcək. İlk oyun mersesaydlıların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol