• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

AFFA klubların xərcini üzərinə götürdü

AFFA klubların xərcini üzərinə götürdü
01.05.2018 21:17
Bu gün "Bulvar otel”də AFFA-nın Klublar Komitəsini növbəti iclası keçirilib.

"Qafqazinfo” xəbər verir ki, iclasda AFFA-nın baş katibi Elxan Məmmədov və Topaz Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib. Klub futbolu ilə bağlı aktual məsələlərin müzakirə olunduğu iclasda Elxan Məmmədov bildirib ki, komitənin daha öncəki toplantılarında aparılmış müzakirələrə əsasən və Topaz Premyer Liqasında çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də "İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası danışıqlardan sonra bu şirkətlə iki illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, "İnstat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, Premyer Liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videoanaliz, statistika, fitness və s. göstəricilərlə təmin edəcək. AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.
 
Bundan əlavə, baş katib bildirib ki, klublar dəfələrlə top təminatı ilə bağlı sərfəli təkliflərin araşdırılması, bu məsələ ilə bağlı sponsor tapılması barədə məsələ qaldırıb, AFFA-ya müraciətlər olunub. Bunu nəzərə alaraq, AFFA klublar üçün münasib olacaq müxtəlif variantları nəzərdən keçirib və Nike şirkətindən müsbət cavab alıb. Nike şirkəti ilə AFFA arasında mövcud olan müqaviləyə uyğun olaraq, şirkət tərəfindən assosiasiyaya hazırda Avropanın bir sıra aparıcı futbol çempionatlarında istifadə olunan seriyaya aid toplar veriləcək və AFFA növbəti mövsüm üçün həmin toplardan ödənişsiz olaraq Topaz Premyer Liqası klublarına təqdim edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol