• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

"Beşiktaş" "Fənərbaxça" ilə oyuna çıxmadı

04.05.2018 22:46
Türkiyə Kubokunun yarımfinal mərhələsində "Beşiktaş” və "Fənərbaxça” arasında keçirilən və yarımçıq qalan cavab qarşılaşması gözlənildiyi kimi yenə baş tutmayıb.

A24.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası oyunun mayın 3-də qaldığı yerdən – 57-ci dəqiqədən davam etdirilməsinə qərar vermişdi.

"Beşiktaş” isə oyuna çıxmaqdan imtina etmişdi. Ötən gün "Fənərbaxça” futbolçuları meydanda çıxaraq "Beşiktaş”ı gözləsə də, qonaq komanda oyuna gəlməyib.

Bununla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək. Böyük ehtimalla "Beşiktaş”a texniki məğlubiyyət veriləcək və "Fənərbaxça” finala yüksələcək.

Xatırladaq ki, "Fənərbaxça” – "Beşiktaş” görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş”ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça”lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar”ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş”ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar vermişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol