• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Neftçi”nin baş məşqçisi cəzalandırılıb

“Neftçi”nin baş məşqçisi cəzalandırılıb
08.05.2018 18:00
Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Anews.az xəbər verir ki, iclasda Premyer Liqanın XXVI turunun "Qəbələ” – "Keşlə” matçında Bakı komandasının dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub.

Premyer Liqanın XXVI turunun "Səbail” – "Zirə” matçının 43-cü dəqiqəsində qonaq komandanın futbolçusu Riçard Qadze simulyasiyaya görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda, hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun videoyazısını izlədikdən sonra İK qanalı hücumçuya göstərilmiş vərəqəni ləğv edib.

Premyer Liqanın XXVI turunun  "Qarabağ” – "Neftçi” matçında Ağdam komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

U-17 Liqasının "Səbail” – "Neftçi” matçı da iclasda müzakirə olunub. Bu oyunun 37-ci dəqiqəsində qonaq komandanın futbolçusu Nihad Qurbanlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb.

Oyunun 40-cı dəqiqəsində "Neftçi”nin digər futbolçusu İlkin Əbiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün üç oyun cəza alıb. "Neftçi”nin baş məşqçisi Müşfiq Qənbərov isə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol