• $
  • £

Elektron çıxarışları onlayn yoxlamaq olar

Elektron çıxarışları onlayn yoxlamaq olar
10.05.2018 21:19
Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Vətəndaşlar "Elektron hökumət” portalına (//e-emdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən AzVision.az-a bildirilib ki, xidmətin istifadəsində məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əlçatanlığı artırmaq, məmnunluğu yüksəltmək, operativliyi təmin etməkdir.

Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə gətirməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilər.

Eyni zamanda, vətəndaşlar hər hansı bir şəxsi mənzillərinə qeydiyyata aldırmaq istədikdə bu elektron xidmətdən istifadə edə bilir. Belə ki, əvvəllər mülkiyyətçi bu işi həyata keçirmək üçün əmlaklarına dair çıxarışını kağız formasında notariusa təqdim edirdilər. Ancaq indi vətəndaş mülkiyyət sənədini gətirmədən, notarius bu xidmətdən istifadə etməklə çıxarışın həmin şəxsə mənsub olub-olmadığını yoxlaya bilir.

Həmçinin bu xidmət alqı-satqı prosesində də vətəndaşlar üçün olduqca faydalıdır. Belə ki, alıcı əmlakı almaq istədikdə çıxarışın sahibini rahatlıqla dəqiqləşdirə bilər. Mülkiyyət sənədinin kimin adına olduğuna əmin olur. Bununla alqı-satqı prosesində dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında istifadə edə bilər. Bundan əlavə, elektron çıxarış sistemi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə əhalinin əmlakının daha rahat yolla qeydiyyata alınması işini davam etdirəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol