PSJ-nin yeni məşqçisi bəlli oldu
Fransanın PSJ komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Tomas Tuxel Paris təmsilçisinin yeni baş məşqçisi olub.
Komanda 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Almaniyalı məşqçi bu postda ispaniyalı Unay Emerini əvəzləyib.
Qeyd edək ki, Tomas Tuxel Almaniyanın "Maynts” və "Borussiya"(Dortmund) komandalarında baş məşqçi vəzifəsində çalışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər