• $
  • £

Toylarda döyülən müğənnilərimiz - VİDEO

Toylarda döyülən müğənnilərimiz - VİDEO
16.05.2018 22:13
Müğənni İzzət Bağırova "Neolit” şadlıq evində hücum olunması və döyülməsinə cəhd edilməsi sənətçilərin qarşılaşdığı ilk belə hal deyil.

Bundan qabaq da tanınmış müğənnilər içində toylarda, el şənliklərində, müxtəlif məclislərdə döyülənlər olub.

Onlardan biri müğənni Cavanşir Məmmədovdur. Ötən il "Movida Plaza” şadlıq sarayında baş tutan məclisdə 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu onu döyüb və həmin şəxs polis tərəfindən saxlanılıb.

2011-ci ildə "Neon” şadlıq sarayında içkili şəxs tərəfindən döyülüb. Müğənni özü də həmin dövrdə mətbuata açıqlamasında faktı təsdiqləyib və onu vuran şəxsi üzr istədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət etməyib.


İfaçılar içərisində "ölümünə döyülən" isə Vüqar Muradov olub. Onu Moskvaya toya dəvət edən şəxslər hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər. 2015-ci ildə baş verən bu cinayətin təfərrüatı mətbuatda geniş yazılıb.

Müğənni Elton Hüseynəliyevin də toyda başına iş gəlib. Ona kəllə vuran adamla müğənnini toy yiyəsi və qohumları aralayıb. Həmin kəllədən sonra Eltonun burnunda çəpər əyriliyi yaranıb.

Bəstəkar-müğənninin Elza Seyidcahanın Tovuzda döyüldüyü barədə sosial şəbəkələrdə məlumatlar yayılsa da, ifaçı hadisəni təkzib etmişdi.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol