• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Millimizdən əzmkar qələbə: ardıcıl ikinci qələbə

Millimizdən əzmkar qələbə: ardıcıl ikinci qələbə
28.05.2020 23:53
Mayın 23-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ikinci görüşündə Portuqaliya yığmasına qalib gələrək mötəbər turnirdə növbəti qələbəsini qazanıb.

Axar.az xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Türkiyəli baş hakim Saadettin Denerin idarə etdiyi görüşə daha fəal başlayan portuqaliyalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 26:24. Lakin ilk görüşdə olduğu kimi bu oyunda da yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:17, 25:14 və 25:17 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa vurub. Beləliklə, görüş voleybolçu qızlarımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. "A” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk turda Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan millisi növbəti oyununu mayın 26-da səfərdə Bolqarıstana qarşı keçirəcək.
 
Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol