• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Kadırovdan Zabit Səmədova dəstək

Kadırovdan Zabit Səmədova dəstək
30.05.2018 16:45
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycanın K1 döyüşçüsü Zabit Səmədova növbəti görüşü ərəfəsində dəstək verib.

Report xəbər verir ki, Kadırov "VKontakte” hesabında bu gün Rusiyanın paytaxtı Moskvada "King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda fransalı Freddi Kemayo ilə qarşılaşacaq 34 yaşlı idmançıya uğurlar arzulayıb.

"Gecənin əsas döyüşünü əziz qardaşım, "Axmat” kikboksinq klubunun rəhbəri, dünya şöhrətli Zabit Səmədov keçirəcək. O, fransalı Freddi Kemayo ilə qarşılaşacaq. Döyüşün qalibi "King of Kings” versiyası üzrə Avropa çempionu titulunun sahibi olacaq. Bu döyüşü səbrsizliklə gözləyirik və inanırıq ki, Səmədov uzun qələbə seriyasını davam etdirəcək. Bunun üçün onda bütün peşəkar keyfiyyətlər var. Zabit təbiətən yenilməz döyüşçü ruhuna və möhkəm qələbə iradəsinə sahibdir. Əminəm ki, bütün azarkeşlər baxımlı döyüşə şahidlik edəcəklər. Zabit Səmədova rinqdə uğurlar və peşəkar karyerasında növbəti qələbəni qazanmasını arzulayıram”, - Kadırov yazıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək döyüşlər "Crocus City Hall”da "JARA Fight Show” idman layihəsi çərçivəsində baş tutacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol