• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

“Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” kitabı nəşr olunub

“Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” kitabı nəşr olunub
02.06.2018 13:02
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub.

"Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” adlı kitab bu günlərdə "TEAS Press” Nəşriyyat Evi tərəfindən çapdan buraxılıb.

"TEAS Press”dən APA-ya verilən məlumata görə, "Məşhurların həyatı” seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyətiparlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib.
 
Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. Müəllif qeyri-adi istedada malik bu şəxsiyyət barədəki bioqrafik məlumatların sadəcə, sadalanması ilə kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izləməyə çalışıb. Əsəri oxuyarkən oxucunun qarşısında ecazkar istedada malik olan, xəyalpərəst, eyni zamanda üsyankar, əyilməz mübariz və mütəfəkkir bir şəxsiyyətin obrazı canlanır.
 
Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyətidövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifidir. Onun bu mövzuya həsr olunan əsərləri Almaniya, ABŞ və Rusiyada işıq üzü görüb. Türkiyədə nəfis şəkildə çap edilən "Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” kitabı rus dilindədir. Kitab tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək
Mədəniyyət 11:35
IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək
“Sehirli Xalat”ın Rəşidi: “Anam zəng vurdu ki, Bakıya qayıtma...”
Mədəniyyət 10:48
“Sehirli Xalat”ın Rəşidi: “Anam zəng vurdu ki, Bakıya qayıtma...”
Sevgi dolu
Mədəniyyət 10:45
Sevgi dolu "Sevirəm" parkından - FOTOREPORTAJ
Azərbaycanlı müğənni Türkiyədə xəstəxanaya yerləşdirildi  - FOTO/VİDEO
Mədəniyyət 04:32
Azərbaycanlı müğənni Türkiyədə xəstəxanaya yerləşdirildi - FOTO/VİDEO
Dünən
Mədəniyyət 04:31
Dünən "Xalq şairi" adı aldı, bu gün xəstəxanaya yerləşdirildi - FOTO
Leyla Əliyeva fotosərgi açılışında - Foto
Mədəniyyət 01:04
Leyla Əliyeva fotosərgi açılışında - Foto
Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ
Mədəniyyət 23:20
Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü - FOTO
Mədəniyyət 11:18
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol