• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Seysmoloji Mərkəzdən KİV-ə zəlzələ xəbərdarlığı

Seysmoloji Mərkəzdən KİV-ə zəlzələ xəbərdarlığı
06.06.2018 12:45
Respublika Seysmoloji Xidmət Mərkəzi mətbuata xəbərdarlıq edib.

AzVision.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat yayıb.
Məlumatda qeyd edilib: "5 iyun 2018-ci il tarixində yerli vaxtla 22:40-da Zaqatala rayonunda baş verən maqnitudası 5.5, episentri 19 kilometr dərinlikdə olan zəlzələyə dair başqa ölkələrin mətbu orqanlarına istinad halları ilə bağlı Mərkəzimizə ünvanlanmış çoxsaylı suallarınızla bağlı bildirmək istəyirəm ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılan tədqiqatlar seysmotelemetrik stansiyalar tərəfindən qeydə alınan məlumatlar əsasında aparılır.

Azərbaycan nəinki regionda, ümumiyyətlə MDB məkanında istər aparılan elmi tədqiqatlar, istərsə də məlumatların emalı sahəsində liderdir. RSXM dünyada mühüm beynəlxalq seysmoloji təşkilatların – Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu (İRİS) ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi (ORFEUS),Amerika Geofizika Birliyi (AGB), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür və həmin təşkilatlarda söz hüquqi var. 

Xahiş edirəm zəlzələyə dair məlumatları yayarkən, hansısa təxribatçı xarakterli xarici ölkə mediasına deyil, öz milli mərkəzimizə istinad edəsiniz".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət 09:00
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol