• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

İrəvandan müharibə ÇAĞIRIŞI, 5 bəndlik PLAN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvandan müharibə ÇAĞIRIŞI, 5 bəndlik PLAN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
07.06.2018 21:08
Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ üzrə danışıqlara hazır olduğunu açıqlayıb. Rusiya Ermənistanın Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı istəyinə münasibət bildirib. Ankara "S-400” zenit-raket komplekslərinin çatdırılması üzrə Rusiya ilə imzalanan razılaşmanın ləğv edilməsi barədə Vaşinqtonun tələbini rədd edib. Türkiyə Silahlı Qüvvələri Afrindən sonra PKK-nın əsas bazası olan Qəndili təmizləmək üçün hərəkətə keçib. Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt” zaman III Dünya müharibəsi ehtimalını qiymətləndirib.
Ermənistan parlamentinin xüsusi iclasında baş nazir Nikol Paşinyan yeni hökumətin proqramını açıqlayıb. Proqramda Dağlıq Qarabağla bağlı punkt diqqət çəkir.
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Zoqrab Mnasakanyan arasında görüş keçirilib. Görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Lavrov qeyd edib ki, Rusiya həm Bakı, həm də İrəvanla ikitərəfli, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin həll yolunun tapılmasına kömək etməyə davam edəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zoqrab Mnasakanyanla görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Ermənistanın Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı istəyinə münasibət bildirib.Lavrov Azərbaycan və Ermənistanın bu məsələdə razılaşacağı təqdirdə, Rusiyanın bunu alqışlayacağını deyib.
"Qarabağ hansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danıışıqlar iki tərəf arasında aparılıb. Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq”, - deyə o qeyd edib.
Lavrov əlavə edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: "Bu mövqe Qarabağ münaqişəsinin hər zaman Minsk Qrupu vasitəsi ilə danışıqlar yolu ilə aparılmasından ibarətdir. Bu, ən optimal variantdır”.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ üzrə danışıqlara hazır olduğunu açıqlayıb. Paşinyan danışıqlar üçün yenə də beynəlxalq hüquqa uyğun olmayan və danışıqlar prosesinin ruhuna zidd şərtini irəli sürüb.
O, Dağlıq Qarabağın danışıqlarda iştirakının əsas şərtləri olduğunu açıqlayıb.
"Mən arzulasam belə "Qarabağ xalqı” adından danışıqları apara bilmərəm. Bu nə hüquqi, nə siyasi, nə də əxlaqi prinsipə uyğun deyil. "Qarabağ xalqı” öz "hakimiyyətinə”, "Milli Məclisə”, "hökumətə” və "prezidentə” malikdir və onlar öz "qanuni nümayəndəsini” təqdim edə bilər”, - deyə Paşinyan parlamentin xüsusi iclasında çıxışı zamanı bildirib.
Paşinyan əlavə edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Prezidenti ilə danışıqlar aparmağa hazırdır.
"Əgər Bakı müharibəyə hazırlaşırsa, biz niyə sülhə hazırlaşmalıyıq?”. Bu iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin xüsusi iclasında çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan müharibədən danışdığı halda Ermənistan hakimiyyəti güzəştlər haqqında danışmağı yanlış hesab edir.
"Əgər Azərbaycan müharibə variantını əsas götürürsə, Ermənistan niyə sülhə hazırlaşmalıdır. Biz danışıqların konstruktivliyinə tərəfdar olacağıq, lakin heç vaxt adekvatlılığı itirməyəcəyik. Biz bir dəfə qalib gəlmişik, qalibiyyət ruhu gələcək qələbələrə də inam yaradır”, - deyə Paşinyan Azərbaycanı müharibə ilə hədələyib.
"Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndiririk”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət hacıyev Ermənistanın baş nazirinin çıxışına münasibət bildirərkən deyib.
H. Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir
Hazırda Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan səfər öncəsi "Dağlıq Qarabağ danışıqlar masasında əsas sözə sahib olmalıdır”, - açıqlamasını verdi. Rusiyalı ekspertlər Ermənistanın Qarabağ planını şərh edib.
Ankara "S-400” zenit-raket komplekslərinin çatdırılmaları üzrə Rusiya ilə imzalanan razılaşmanın ləğv edilməsi barədə Vaşinqtonun tələbini rədd edib. Bu haqda diplomatik mənbələrə istinadən "Hürriyət” qəzeti bildirir.
 
Türkiyənin PKK terror təşkilatı ilə 35 illik amansız mübarizəsində heç cür təmizlənməyən Qəndilə cəmi 8 kilometr məsafə qalıb. "Mehmetçik” PKK-nın əsas qərargahı hesab olunan Qəndilə bayrağı sancmaq üçün addım-addım irəliləyir.
Son məlumatına görə, PKK terror təşkilatının Avasin Basyan düşərgəsi tamamilə dağıdılıb.
Qəndil dağı və ətrafının ərazisi 50 min kvadratmetrdən ibarətdir. Türkiyə sərhədindən 150-200 kilometrdə yerləşən ərazidəki onlarla terror düşərgəsində 5-6 min terrorçu var.
Türkiyə Silahlı Qüvvələri Afrindən sonra PKK-nın əsas bazası olan Qəndili təmizləmək üçün hərəkətə keçib. Şimali İraqa keçən "Mehmetçik” terror yuvasını mühasirəyə alıb və Qəndili açıq hava həbsxanası halına gətirib.
Şimali İraqda əməliyyat 3 aydır davam etsə də, böyük əməliyyat hələ başlamayıb. PKK-ya tarixi zərbəni endirəcək genişmiyaslı əməliyyatın başlanması an məsələsidir.
Qəndil üçün xüsusi əməliyyat planı hazırlanıb. Terror yuvası döyüş təyyarələri tərəfindən günlərlə bombardman ediləcək və beləliklə, Qəndil əməliyyat üçün hazır vəziyyətə gətiriləcək.
Türkiyə KİV-inin yazdığına görə, genişmiqyaslı əməliyyatda aşağıdakı məqamlar nəzərə alınacaq.
"Qərbin Rusiyanın ünvanına ittihamları onun qarşısının alınması üsuludur, çünki, Rusiyanı rəqib kimi görürlər”. Bunu "Birbaşa xətt” zamanı Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, bu, səhv siyasətdir.
"Onlar Rusiyada təhlükə görürlər. Görürlər ki, Rusiya onlar üçün rəqib olur. Fikrimcə, bu, çox səhv siyasətdir” - Rusiya lideri vurğulayıb.
Qərblə münasibətlərin bərpası müddətini proqnozlaşdırmayan dövlət başçısı qeyd edib ki, Rusiya öz maraqlarını müdafiə etməlidir.
Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt” zaman III Dünya müharibəsi ehtimalını qiymətləndirib. Putin III Dünya müharibəsinin bugünkü sivilizasiyaya son qoya biləcəyini vurğulayıb.
O qeyd edib ki, II Dünya müharibəsindən sonra qlobal münaqişələrin baş verməməsi aparıcı dövlətlər arasında strateji paritetin qurulması ilə əlaqədardır.
"Qarşılıqlı məhv etmə qorxusu dövlətləri həmişə kəskin hərəkətlərdən saxlayır və bir-birinə hörmət etməyə məcbur edirdi”, - Rusiya prezidenti vurğulayıb.
Genişmiqyaslı döyüş əməliyyatların təhlükəsini şərh edən Putin fizik-nəzəriyyəçi Albert Eynşteyndən sitat gətirib: "Bilmirəm, Üçüncü Dünya müharibəsi hansı üsulla aparılacaq, amma bilirəm ki, dördüncüsü dəyənəklər və daşlarla aparılacaq”.
ABŞ-ın Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri haqqında bəyanatları ABŞ-KXDR sammitinin ləğvi ilə nəticələnə bilər. Bu haqda ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culianinin bəyanatını şərh edən Rusiyanın Federasiya Şurasının üzvü Frans Klinseviç bildirib.
"Belə bəyanatlarla sammiti tamamilə ləğv etmək olar. Hər halda normal diplomatik təcrübənin çərçivələrinə sığmayan olduqca qəribə bəyanatdır”, - senator vurğulayıb.
Xatırladaq ki, "Blomberg” agentliyinin yazdığına görə, Trampın vəkili Şimali Koreya liderinin Trampla görüş üçün Amerika tərəfindən "dizi üstə” xahiş etdiyini deyib.
Ukraynanın Donbas bölgəsində ötən gün vəziyyət gərginləşib. Ukrayna Birləşmiş güclərin əməliyyat mərkəzindən verilən məlumata görə, döyüşlər nəticəsində 2 Ukrayna hərbçisi həlak olub, daha 2-i yaralanıb.
Həmçinin, Ukrayna kəşfiyyatının məlumatına görə, 5 separatçı məhv edilib, 3-ü yaralanıb.
Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt”in gedişatında futbol üzrə dünya çempionatı zamanı Donbasda aktiv döyüş hərəkətlərinin mümkünlüyünə toxunub.Rusiya lideri Ukraynaya xəbərdarlıq edib.
"Ümid edirəm ki, iş belə təxribatlara çatmayacaq. Və əgər bu olacaqsa, onda bütovlükdə Ukraynanın dövlət quruluşu üçün çox ağır nəticələrə gətirib çıxaracaq”, - Putin bildirib.
Qeyd edək ki, Rusiyada futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək.
(publika.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol