• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Ramil Quliyev “Almaz Liqa”da qalib olduVİDEO

Ramil Quliyev “Almaz Liqa”da qalib oldu – VİDEO
08.06.2018 13:44
Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 14 mərhələdən ibarət olan "Almaz Liqası”nda (Diamond League) qalib olub.

Oxu.Az xəbər verir ki, Norveçin paytaxtı Oslodo keçirilən budəfəki mərhələnin 200 metr qaçış kateqoriyasında Ramil 19.90 nəticə ilə çempion olub. Bu göstərici cari mövsüm Quliyevin ən yaxşı göstəricisidir.

Kanadalı Aaron Braun 19.98 nəticə ilə II, trinidad və tobaqolu Cerim Riçards 20.19 ilə III yeri tutub.

"Böyük stadion, mükəmməl tamaşaçı, gözəl hava – belə şəraitdə sən yalnız yaxşı qaça bilərsən. Ümid edirdim ki, bundan daha sürətli qaçaram. Ancaq bir az ləngidim. Avropa çempionatında 200 metrə qaçacağam və məqsədim Pyetro Menneanın Avropa rekordunu (italiyalı atlet 1979-cu ildə 19.72 nəticə ilə finişə çatıb – S.T.) qırmaq olacaq”, – deyə Ramil Quliyev qələbəsini şərh edərkən bildirib.

Qeyd edək ki, ötən il Londonda dünya çempionu olmaqla Azərbaycan və Türkiyə atletikasının tarixinə düşmüş Ramil Quliyev bu liqanın Roma mərhələsində III yeri tutmuşdu. O ötən il Birmingem mərhələsində 200 metr qaçışda 20.17 nəticə ilə liqanın çempionu olmuşdu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol