• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Neftçi”yə yeni baş məşqçi təyin edildi - RƏSMİ

“Neftçi”yə yeni baş məşqçi təyin edildi - RƏSMİ
08.06.2018 14:43
"Neftçi” futbol klubunun Müşahidə Şurasının və təsisçilərin növbədənkənar Ümumi yığıncağı keçirilib. 

GoldNews.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb. Nəticədə italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, yeni baş məşqçi 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirən Roberto Bordin elə həmin il məşqçiliyə başlayıb. İtaliyanın "Bolonya” (2005-2006), "Padova” (2006-2007), "Ellas Verona” (2007, 2010-2015), "Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın "Triestina” (2016) və Moldovanın "Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb. O, aprelin 24-də ailə vəziyyəti ilə əlaqədar "Şerif"dən istefa verib. 

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016 - 2018-ci illərdə çalışdığı "Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə "Qızıl skamya” mükafatına layiq görülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol