• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

25 Noyabt tarixinin əhəmiyyəti - 20 SƏBƏB

25 Noyabt tarixinin əhəmiyyəti - 20 SƏBƏB
25.11.2014 21:45
Bu gün, yəni 25 noyabr - BMT-nin elan etdiyi əhəmiyyətli və xüsusi bir tarixdir: Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü.

Statistik göstəricilər deyir ki, bu gün qadına qarşı zorakılıq yalnız 3-cü dərəcəli ölkələrlə məhdudlaşmır. Qadın haqqları mövzusunda əhəmiyyətli inkişaflara imza atan ölkələrdə belə qadına yönəlik zor tətbiq olunur. BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir.ANN.Az bu günün qeyd olunmasının 20 vacib halını təqdim edir:1.Qətliam2014-cü ildə İŞİD-in Suriya və İraqdakı qadınlara tətbiq etdiyi zülm yüz minlərlə qadının vəhşicə öldürülməsinə, təcavüzə uğramasına və kölə olaraq satılmasına gətirib çıxarıb.2.KöləlikNigeriyada Boko Haramın 2014-cü ildə bir dəfə hücum etməsiylə 300 qız uşağının qaçırdılıb öldürməsi, təcavüz etməsi və kölə olaraq satmasına dünya tamaşaçı olaraq qaldı.3. Kütləvi təcavüzYenə 2014-cü ildə, eləcə də daha əvvəl kütləvi təcavüzlərlə gündəmə gələn Hindistanda, atasının döyülməsinə qarşı gələn qızın onlarla kişinin təcavüzünə uğrayıb öldürülməsinə dünya şahid oldu.4.Ədalətsizlik2014-cü ildə İranda özünü qorumaq üçün təcavüzkarını öldürən Reyhana Cabbari günahkar hesab olunaraq edam edildi, dünya yalnız seyr etdi.5.HaqqlarMisirdə qadın haqqları sıyahının sonuncu yerində dayanır. Bu ölkədə 100 qadından 47-si ailə içində, ya da küçədə şiddət görür.6. MəhrumiyyətMisirdə qadınların 99 faizi küçəyə çıxdığı halda təcavüzə uğrayırlar. Qadınlar bu səbəbdən evə məhkum bir həyat yaşayırlar.7.CinayətTürkiyədə hər gün ortalama 4, yaxud 5 qadının ailəsi, ya da bərabər yaşadığı əri  tərəfindən öldürülür.8. Qadınların cinsi istismarı BMT heabatlarına görə, bu gün Azərbaycan qadınları Birləşmiş Ərəb Əmirliklərində, İranda, Türkiyədə və Rusiyada cinsi istismara məruz qalır, qadın alverinin qurbanı olurlar9. Psoxoloji təzyiq Bu gün qadınlar təkcə fiziki işgəncələrlə, döyülmələrlə, ölümlə üzləşmirlər. Onlar eyni zamanda həm evdə, həm küçədə, həm iş yerlərində əks cinslərin mənəvi şiddətinə, psixoloji hücumuna məruz qalırlar. 10.İşsizlik11.Ailə daxili şiddətDünyada yaşayan hər 4 qadından biri ailə daxili şiddətə uğrayır.12.TəcavüzDünyada yaşayan hər 3 qadından biri müxtəlif növ təcavüzə uğrayır. Cinayətə qurban gedən qadınların yarısı ailə içi və yaşadıqları ilə əlaqədar olaraq gördükləri şiddət səbəbiylə həyatını itirirlər.13.Həyat yoldaşlarından şiddət görməKoreyada qadınların üçdə ikisi həyat yoldaşları tərəfindən döyülürlər.14. ŞiddətBritanyadakı cinayət qurbanı olan qadınların dörddə birini ailədaxili şiddət təşkil edir.15. ZorakılıqABŞ-da hər 5 qadından biri təcavüz cəhdinə məruz qalır. Bu vəziyyət qadınların yarısının 17 yaşından əvvəl reallaşır.16.ÇarəsizlikABŞ-da 30 milyona yaxın qadın ailədaxili şiddət qurbanıdır. Bu qadınların bir çoxu qaçacaq yerləri olmadığı üçün özlərini çarəsiz hiss edirlər.17.QorxuAvropa Birliyində qadınlarının 27 faizi ailədaxili şiddətə uğrayır və onalrın yarısı qorxduqları üşün polisə müraciət edə bilmirlər.18.ŞübhəKanadada hər 6 gündən bir 1 qadın həyat yoldaşı, yaxud bərabər yaşadığı şəxs tərəfindən öldürülür. Kanadada bir çox qadın bu şübhəylə yaşayır.19. Əzab

Hər il milyonlarla qadın, xüsusilə Afrikada "sünnə" olunmaqla fiziki əzaba məruz qalırlar. Bu hərəkətə məruz qalan qadınların böyük bir hissəsi həyatları boyu acı çəkir və müxtəlif xəstəliklərə duçar olurlar.20. MədəniyyətsizlikQadına qarşı şiddət faktının ən az yaşandığı ölkələr olan İsveç, Norveç və Finlandiyada yaşanan təcavüz hadisələrinin yalnız 10 faizi ortaya çıxarılır. Xüsusilə Finlandiya dünyada təcavüzə qarşı ən "xoşgörüşlü" ölkəkimi tanınır və bu, dünyada ən böyük mədəniyyətsizlik kimi qəbul edilir.

Hazırladı Nuray

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Cəmiyyət 23:47
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Cəmiyyət 23:00
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət 20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Cəmiyyət 20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 19:31
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 18:30
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Cəmiyyət 18:00
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
Cəmiyyət 15:43
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Cəmiyyət 15:34
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol