“Qarabağ” legioneri ilə müqavilə bağladı
"Qarabağ” futbolçusu Donald Qerye ilə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə haitili yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, Ağdam klubu ilə müqavilənin müddətini daha bir il uzatdığını bildirib. Qerye bu həftə komandasında Çempionlar Liqasına hazırlıq üçün məşqlərini bərpa edəcəyini də vurğulayıb.
Qeyd edək ki, Donald Qerye ötən ilin yayından "Qarabağ”ın şərəfini qoruyur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər